“Rüşvət alan gömrük məmurunun qarşısı alınmasa...”

 

"İnsanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə gedib-gəlir. Məsələnin təəccüblü tərəfi isə onların Gürcüstan və Rusiya sərhədinə keçən zaman davranışlarını dəyişməsi, özünü çox mədəni aparıb növbə mədəniyyətinə riayət etməsidir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sözügedən vətəndaşlar sərhədin ölkəmizə aid hissəsinə keçən zaman isə mümkün olan bütün qayda pozuntularına, hay-küy, növbədən kənar irəliləmə və s. yol verirlər:

 

"Azərbaycan tərəfə keçən kimi hay-küy salaraq onlardan qaydalara əməl etmələrini tələb edən gömrük əməkdaşlarına qarşı təhqirlərə yol verirlər. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri isə bütün sahələrdə olduğu kimi, bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Bu məsələ ilə bağlı cənab sədrin (DGK sədri Səfər Mehdiyev) göstərişi ilə bu yaxınlarda korrupsiyaya yol verən gömrük məmurları barəsində müvafiq tədbirlər görülüb. Araşdırmalar nəticəsində məlum olub ki, Gömrük əməkdaşları bir çox hallarda həmin vətəndaşlarla əməkdaşlıq halında (sövdələşməyə ) olub. Rüşvət alan gömrük məmurunun qarşısı alınmasa, bu gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu bir daha pozsun və ya pozmağa cəhd etsin. Belə olan halda isə cəzasızlıq mühiti yaranır. Belə şəraitlərin yaranmasının qarşısını almaq məqsədilə bu kimi halların aşkarlandığı və sübuta yetirildiyi təqdirdə məmurlara qarşı ciddi cəza tədbirləri tətbiq edilir. Bizim mətbuatdan və cəmiyyətdən əsas istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırsın və bu kimi problemlərin həlli istiqamətində bizə maksimum dərəcədə dəstək versin".

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti