|
Yol-xeber.az" xəbər verir ki, Sel sularının İsmayıllı rayonu ərazisində yerləşən bir-neçə yerli əhəmiyyətli avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində yaratdığı problem aradan qaldırılıb.
Belə ki, intensiv yağıntılar nəticəsində Sərdahar, Kürd Eldarbəyli, 2-ci Yeni yol və Dahar kəndlərinin yollarında sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “9 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.
YOLUNUZ AÇIQ OLSUN...