|
Sosial şəbəkədə yeni dələduzlar peyda olub. Bu dəfə onlar 500 manat "uşaqpulu" veriləcəyi ilə bağlı insanları tora salmağa çalışırlar.
BAKU.WS xəbər verir ki, sosial şəbəkədə prezidentin rəsmi internet saytına oxşayan saxta portallar yaradan dələduzlar vətəndaşlara saxta mesajlar göndərirlər.
Bank kartları barədə məlumatları qeyd edən şəxs bu dələduzların qurbanına çevrilə bilər. Bu səbəbdən hər hansı mövuzda əqiqləşdirmə aparmaq üçün rəsmi qurumlara müraciət etmək gərəkdir.