|
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni şəxs təyin edilib.
XİN-dən verilən məlumata görə, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.
Qeyd edək ki, L. Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.