09:40

İqtisadçı alim Qubad İbadoğlunun təklifləri olduqca maraqlı və cəlbedicidir.

Baxmayaraq ki, ölkədə bu sahədə işlər görülür. Amma real vəziyyət o qədər də ürəkaçan deyil.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov iqtisadçı alim Qubad İbadoğlunun Təhsil Nazirliyinə təqdim etdiyi 3 təklifi şərh edərkən deyib. K.Əsədov bildirib ki, ekspertin təkliflərinin bir çoxunu nazirlik həyata keçirir, ancaq əlbəttə ki, müəyyən işlərə yenə də ehtiyac var:

“Təhsil haqqında qanuna edilmiş dəyişikliyə görə, respublika fənn olimpiadalarının qalibləri qalib gəldikləri ixtisaslar üzrə müsabiqədən kənar ali məktəblərə qəbul edilirlər. Bundan başqa, fənn olimpiadası haqqında əsasnaməyə görə, fənn olimpiadasının qalibləri Təhil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən müəyyən olunmuş qaydada təltif edilirlər. Olimpiada qaliblərinə pul mükafatı və (və ya) hədiyyələr təqdim oluna bilər. Olimpiadada fərqlənmiş tələbələrə ali təhsil müəssisələrinin, digər nazirlik və təşkilatların mükafatları və hədiyyələri də verilə bilər. Bu hədiyyələrin içərisində hər il bahalı kompüter və digər qiymətli əşyalar olur. Qeyd edim ki, fənn olimpiadaları ölkəmizdə istedadlı uşaqların aşkarlanması, onların qabiyyətlərinin inkişafı istiqamətində mühüm işdir.

İkinci təklif vay-fay quraşdırılmasıdır ki, bu, əlbəttə ki, yaxşı olardı. Amma orta məktəblərin hamısı dövlət tərəfindən internetlə təmin olunub. Ayrıca olaraq sərbəst internetə giriş problem yarada bilər. 4472 orta məktəbin hər biri internetlə təmin olunub və məktəblərdəki kompüterlərin hamısının internetə çıxışı var. Amma problem bütün məktəblərə kompüterlərin yaxşı vəziyyətdə və internetin sürətindədir. Əgər bütün məktəblərə azad internet quraşdırılsa, bütün şagirdlərin başı burda vaxt keçirməyə qarışar”.

Ekspert bildirib ki, hazırda ev tapşırıqlarının onlayn bazası demək olar ki, fərqli formada mövcuddur:

“Belə ki, e-derslik, e-test portalları və digər portallar bu funksiyanı yerinə yetirsə də, bundan 1.6 milyon şagirdimizin cəmi 100 mini istifadə edir”.

K.Əsədov bildirib ki, bu gün bizim nəinki şagirdlərimiz, hətta informatika fənnini tədris edən müəllimlərimiz arasında kompüter proqramlaşdırmasını və bununla bağlı sahələri bilməyən müəllimlər var:

“Ona görə də bahalı, müasir avadanlıqları verəndə ondan istifadə edən olmayacaq. Qalib gələnlər isə o məktəbdə daimi olmayacaq. Təkliflər maraqlıdır, amma bu o demək deyil ki, təklif edilən məsələlər orta məktəblərdə yoxdur. Var, sadəcə olaraq, çox zəifdir”.

Qeyd edək ki, iqtisdçı ekspert Qubad İbadoğlu Təhsil Nazirliyinə 3 təklif təqdim edib:

1) 100 istedadlı şagird üçün qruplar təşkil edib onları yüksək göstəricilərə cavab verən texnika ilə təmin etmək;

2) Məktəblərin vay-fayla təmin edilməsi, dərslərin onlayn bazasının yaradılması;

3) Reytinqə görə ilk 100-lükdə olan bakalavr, magistr, doktorluq proqramı tələbələrinə ödənişlərinin, xərclərinin qarşılanması üçün təqaüdlərin verilməsi.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti