Balıqların kütləvi məhvinin qarşısı alınıb

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo” ya verilən məlumata görə, İdarənin Brakenerliyə qarşı Mübarizə Bölməsinin, ərazi qurumlarının əməkdaşları tərəfindən cari il oktyabrın 4-5-də keçirilən reydlər zamanı Şəmkir və Mingəçevir ərazisində  qanunsuz ov edən və elektrik avadanlığından istifadə olunmaqla balıqların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan  şəxslər saxlanılıb. Bu şəxslər - Nurəddin Səfərov, Mübariz Mayılov və Süleyman Mayılov qanunsuz əməllərinə rəsmi orqanlardan guya müvafiq icazə aldıqları bəhanəsi ilə haqq qazandırmaq istəsələr də Su Nəqliyyatında Polis İdarəsində aparılan araşdırma zamanı onların yalan söylədikləri məlum olub.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, onların heç birinin balıqovlama biletləri (lisenziyaları) belə olmayıb. Saxlanılarkən N.Səfərov, M.Mayılov və S.Mayılovdan ümumilikdə 10,5 kiloqrandan çox balıq, 2 qayıq, digər ov ləvazimatları, ikinci şəxsdən əlavə olaraq balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.  Araşdırmaların nəticəsindən asılı olaraq hər üç şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlər görüləcək.

İdarənin əməkdaşları tərəfindən xidməti ərazidə- sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına və dənizdə olan bəzi digər qanun pozuntularına qarşı reydlər davam etdirilir. Bununla paralel şəkildə göstərilən məkanlarda vaxtaşırı izahat, proflaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.

 

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti