Xəbər verdiyimiz kimi, dünən İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin təşkil etdiyi əməliyyat nəticəsində Lotu Quli (Nadir Səlifov) adı ilə tanınan qanuni oğru həbs edilib.

 

Türkiyə mətbuatının yazdığına görə, qanuni oğru Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə sorğulanır. Birincisi, iki il əvvəl onun azərbaycanlı avtoritet Rövşən Caniyevin qətlində onun əlinin olub-olmaması, ikincisi, onun Rusiyada axtarışda olması, Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə bağlıdır.

Səlifovun Rusiya mətbuatında çıxan bir xəbərdən sonra nəzarətə götürüldüyü iddia olunur. Söhbət "Rambler.ru" adlı internet saytında gedən "Türkiyədəki oğru Rusiyada xərac yığır" başlıqlı xəbərdən gedir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Səlifovun Rusiya bazarlarında işləyən azərbaycanlılardan pul toplaması ilə barədə iddia həmçinin, “Rosbalt” agentliyində dərc olunan “Qanuni oğru Lotu Quli internet-reketçiliklə məşğul olur” başlıqlı yazıda səsləndirilib.

Yazıda qeyd edilir ki, Nadir Səlifovun Rusiya üzrə qalibiyyət yürüşü davam edir. Bildirilir ki, bu günlərdə son fəth edilməyən obyekt - Azərbaycandan gəlmələrin böyük miqdarının çalışdığı və Kaluqa şosesində yerləşən böyük topdan satış bazarı da ələ keçirilib. Bazara son ana qədər Rövşən Canıyevin qruplaşması nəzarət edirdi, amma qruplaşma onu tamamilə tuta bilmədi. “Rosbalt” qeyd edir ki, burada işləyən böyük biznesmenlər xərac ödəməlidir.

Qeyd edilir ki, Səlifov qısa müddət ərzində azərbaycanlı biznesmenlərə və ən gəlirli obyektlərə xərac qoymağı bacarmışdı. Ən maraqlısı odur ki, Lotu Quli axtarışda olmasına baxmayaraq, biznesmenlərlə videokonfrans vasitəsilə şəxsən ünsiyyət saxlayırdı. Agentliyin mənbəyinin sözlərinə görə, Səlifovun idmançı adamları on biznesmeni eyni vaxtda toplayırlar. Sonra onların qarşısında noutbuk açılır və videokonfrans vasitəsilə Lotu Quli ilə ünsiyyət qurulur.

Yazıda ən diqqətçəkən məqam isə azərbaycanlı avtoritetin qoyduğu xəracın məbləği ilə bağlıdır.

“Videokamera vasitəsilə o, biznesmenləri müşahidə edir. Sonra qanuni oğrunun təxminən belə bir monoloqu olur:

“Sən aylıq iki milyon rubl (təxminən 26,5 min dollar) ödəyirsən, sən həmçinin iki milyon, sən 3 milyon (təxminən 40 min dollar). Amma unutdum ki, sənin qardaşın də biznesdədir. Onda sizin ailəniz 4 milyon (təxminən 53 min dollar) ödəyəcəksiniz”, - agentliyin həmsöhbəti videokonfransda qeydə alınan söhbəti danışıb.

Onun sözlərinə görə, sözügedən məbləğlər müzakirəyə çıxarıla bilməz.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti