Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2016-cı il aprelin 1-dən bu il aprelin 1-dək olan dövrdə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

 

Hesablama Palatasından Axar.az-a verilən məlumata görə, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 345 məktəbəqədər təhsil müəssisəsi olub, 6 təhsil müəssisənin tədris binası qəzalı vəziyyətdə olması səbəbindən fəaliyyəti dayandırılıb.

Auditlə əhatə olunan dövrdə Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri üzrə 2590 qrup proqnozlaşdırılıb, lakin bəzi məktəbəqədər təhsil müəssisələrində qismən məcburi köçkünlər məskunlaşdığından faktiki olaraq 2152 qrup fəaliyyət göstərib ki, bu da mövcud potensialın 83,1 faizinə bərabərdir. Auditin əhatə etdiyi dövrdə ümumilikdə 168891052,2 manat məbləğində vəsait xərc edilib.

Auditlə əhatə olunan dövrdə artıq ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əməkhaqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat"ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının tələblərinə əməl olunmaması, yeni fəaliyyətə başlamış 2 məktəbəqədər təhsil müəssisəsi üzrə əsaslı təmir və tikinti işlərinin əsas fondların dəyərinə əlavə edilməməsi, eyni zamanda, inventar və avadanlığın uçota alınmaması, auditlə əhatə olunan dövrdə İdarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində alınaraq quraşdırılmış elektrik və su sayğaclarının dəyərinin balansa götürülməməsi hallarına yol verilib.

Məktəbəqədər təhsil müəssisələri üzrə 1 uşaq gününə düşən ərzaq xərci fərqli olub, eləcə də uşaqların yaş həddi üzrə qidalanmasının təşkili Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə bəzi hallarda uyğun olmayıb.

Hesablama Palatasının kollegiyası Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, qərarda müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, o cümlədən, ərzaq məhsullarının alınması və silinməsi, həmçinin uşaqların yaş həddinə uyğun qidalanmasının təşkili prosesində təsdiq edilmiş normalara əməl edilməsi, həmçinin vəsaitlərin səmərəli istifadəsinin təmin olunması ilə bağlı tapşırıqlar verilib, görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat təqdim edilməsi məqsədilə qərarın surəti Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti