|
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Axar.az-a açıqlamasında bildirib ki, oktyabr ayının 10-11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir:
"Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-25, bölgələrdə 21-26, dağlı ərazilərdə isə 13-18 dərəcə isti müşahidə olunacaq".