|
Bu gün səhər saatlarında 76 nömrəli tam orta məktəbdə hadisə baş verib.
Məktəbdən bildirilib ki, şagirdlərdən biri dəhlizdə gözyaşardıcı qazdan istifadə edib:
“Saat 10:30 radələrində, tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb.
Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyə olunub. Şagirdlərə ilkin tibbi yardım göstərilib”.
Hadisə nəticəsində 8 nəfər taksikologiya şöbəsinə aparılıb.
Suraxanı rayon Polis İdarəsinin rəisi Namiq Həsənov və 30-ci polis şöbəsinin rəisi Elnur Əliyev hazırda hadisə yerindədir.