Xəbər verdiyimiz kimi, paytaxtın bir sıra ərazilərində yeni velosiped yolu salınıb.

Sosial şəbəkələrdə yayılmış fotoda velosiped zolağının mühafizə olunmadığı görünür.

Belə olan halda isə digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olduğu zaman cərimələnib-cərimələnməməsi sual doğurub.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələyə qanuni baxımdan aydınlıq gətirib. O bildirib ki, öz zolağından çıxaraq Yol Hərəkəti Haqqında Qanunun tələblərinini pozan velosipedçilər cərimələnə bilər:

“Velosiped zolağınında avtobus zolağı kimi tələbi müvafiq yol nişanı ilə təchiz olunmaqla müəyyən edilir ki, bu da həmin tələbə riayət etmək üçün qanuni məsuliyyət formalaşdırır. Velosipedçi isə öz zolağı olan yerdə başqa zolaqla hərəkət edərsə, ona cərimə tətbiq oluna bilər. Çünki YHHQ-nun 46-cı maddəsində velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblərdə bütün anlayışlara açıq izah verilib.

Yəni velosipedçi öz zolağı ilə və ya sağ zolaqla, yolun çiyni ilə hərəkət etmirsə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulan hal var. Yəni Yol hərəkəti haqqında Qanunun 46-ci maddəsində olan tələbləri yerinə yetirmirsə, İXM-nin 338-ci maddəsinə uyğun olaraq barəsində 40 manat məbləğində inzibati tənbeh tədbiri seçilə bilər. Onsuz da velosiped zolağının standartı var və ora avtobus, maşın daxil ola bilməz. Velosiped zolağına digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur. Həmin zolaq mühafizə olunmayıbsa belə, orada maşın saxlamaq və ya təyinatı olmayan şəxslərin daxil olması yolverilməzdir. Bu, baş verərsə, dayanma-durma tələbinin və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağı olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İXM-nin 327-ci maddənin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır”. 

DYP rəsmisi velosiped zolağına moped və motosikletlərin daxil olmasına icazə verilib-verilməməsinə də aydınlıq gətirib:

“Moped velosiped zolağına daxil ola bilər. Yol hərəkəti haqqında Qanunun 46-cı maddəsində velosipedçilərlə mopedçilərin hüquqları bərabərdir. Motosiklet isə velosiped zolağına girə bilməz. Çünki motosikletlər mexaniki nəqliyyat vasitəsi kimi avtomobillərə bərabər hüquqlar daşıyır yəni onlar tam hüquqlu nəqliyyat vasitəsi hesab olunur”.

25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT

Xəbər lenti