“Bu il rekord sayda gənc tələbə adı qazanıb”

“Bu il rekord sayda Azərbaycan gənci tələbə adı qazanıb”. 

Bu sözləri Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Təhsil Sərgisindəki çıxışında deyib. Nazir bildirib ki, ölkəmizin ali təhsil və təlim üzrə göstəriciləri 10 pillə irəliləyərək 68-ci yerdə, innovasiyalar üzrə isə 11 pillə irəliləyərək 33-cü yeri tutub:

“Ən mühüm nailiyyətlərdən biri məktəbə hazırlıq yaşına çatmış uşaqların təhsilə cəlb edilməsi göstəricisidir. 4 il bundan əvvəl birinci sinif şagirdlərinin sadəcə 25%-ə qədəri məktəbəqədər hazırlıqdan keçmişdisə,  ötən il bu göstərici 65%-ə, bu il isə 75%-ə yüksəlib. 

Müasir dünyada, müasir cəmiyyətimizdə yalnız sinif daxilində akademik proqramların tətbiqi vasitəsilə hərtərəfli vətəndaşın formalaşması kifayət qədər mürəkkəbdir. Bu baxımdan məktəbdən kənar fəaliyyətin düzgün təşkil edilməsi mənəvi və fiziki cəhətdən sağlam müasir düşüncəli yeni nəsil gənclərin formalaşmasında olduqca vacibdir”. 

Nazir onu da vurğulayıb ki, son illərdə ali təhsilin əhatəliyinin genişlənməsinin və keyfiyyətin qalxması müşahidə olunur:

“Bu il rekord sayda, 41 minə yaxın Azərbaycan gənci tələbə adı qazanıb. Onlardan 3127 nəfəri 600-dən yüksək bal toplayıb, 29 nəfəri isə maksimal nəticə göstərib. 

Eyni amanda ölkənin iqtisadi inkişafı baxımından peşə təhsili sahəsi vacibdir. Bu sahədə də son illər sistemli islahatlar həyata keçirilir və uğurlar əldə edilib”. 

Qeyd edək ki, Beynəlxalq  Təhsil Sərgisi 3 gün davam edəcək. 

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti