Bu rayonda hər gün 550 ton pambıq yığılır

Ölkədə pambıq yığımı mövsümü davam edir.

 pambıqçılıq rayonlarından olan İmişlidə də bu iş sürətlə davam etdirilir. Rayon İcra Hakimiyyətindən bildirilib ki, İmişlidə gün ərzində orta hesabla 550 ton pambıq yığılır. Hədəf isə bu mövsümdə dövlətə 26 min ton pambıq verməkdir.

Xəbərdə qeyd olunur ki, rayonda bu il 13645 ha sahədə pambıq əkilib. Bu günə qədər 6096,34 ton pambıq təhvil verilib. Kənd təsərrüfatı texnikaları ilə bərabər pambıq sahələrində 7605 nəfər canlı qüvvə də əl yığımında iştirak edir. Ümumilikdə sahələrə 33 ədəd kombayın cəlb edilib. “Hazırkı hava şəraitinin normal keçməsi hədəfimizə çatmağa imkan verir”.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin tapşırığı ilə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə pambığın alış qiyməti qaldırılıb. Belə ki, 1-ci növ pambığın alış qiyməti 600 manatdan 650 manata, 2-ci növ 580 manatdan 630 manata, 3-cü növ 540 manatdan 590 manata, 4-cü növ 500 manatdan 550 manata qaldırılıb.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir. 

 




19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti