“Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada...”

“Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın”.

Bunu Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır:

“Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək.

Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər”.

Dövlət başçısı vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib:

“Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir”.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti