Kamaləddin Qafarov: “Azərbaycanın şanlı tarixinin yeni dövrü başlayır ”

“Bu ilin fevral ayından etibarən Azərbaycan faktiki olaraq öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimini bu tarixi keçidi rəsmiləşdirən hadisə kimi qeyd edə bilərik. Möhtərəm dövlət başçımız andiçmə mərasimində söylədiyi nitqində birmənalı olaraq bildirdi ki, qədəm qoyduğumuz bu yeni dövrdə Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri xarici siyasət istiqamətində yeni perspektivlərin açılmasıdır.”

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

Deputat bildirib ki, Qarabağ məsələsinin tam və birdəfəlik həllindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlər hələ də gündəmdə durur. “Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin önəmini həddindən artıq şişirtməyə, ona beynəlxalq gündəm statusu verməyə heç bir lüzum yoxdur. Əgər rəsmi İrəvan Azərbaycanla sülh sazişini imzalamağın, ilk növbədə, məhz Ermənistanın xeyrinə olduğunu anlamaq istəmirsə, bu onların öz problemidir. Azərbaycan öz işini görüb, torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Dövlət başçımızın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Ağdərədə və azad edilmiş digər rayon və bölgələrimizdə qaldırdığı Azərbaycan bayrağı, ötən il Xankəndidə keçirilən hərbi parad və son nöqtə olaraq cənab Prezident İlham Əliyevin bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu və bir daha belə bir problemin yenidən hansısa qüvvələr tərəfindən yaradıla biləcəyinin mümkünsüzlüyünü deməyə tam əsas verir.”

K.Qafarov Prezident İlham Əliyevin öz nitqində Azərbaycanın xarici əlaqələrinin əsas inkişaf istiqamətləri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan 2003-cü ildən bu günə qədər digər sahələrdə olduğu kimi, beynəlxalq münasibətlərin qurulmasında da böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi və güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi kimi amillər üzərində qurulmuş mükəmməl xarici siyasət kursu Azərbaycanı, sözün əsl mənasında, dünya birliyinin nüfuzlu üzvünə çevirib. Dövlət başçımızın dediyi kimi, əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”.

Deputatın fikrincə, bütün bu mütərəqqi göstəricilərin fonunda dünyada və Avropada Azərbaycanın uğurları ilə barışmaq istəməyən, ölkəmizi zəif, asılı görmək istəyən qüvvələr də az deyil. “Öz nitqində bu məsələyə toxunan dövlət başçımız bir daha bildirdi ki, bu gün bəzi ölkələr beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürməyə və beynəlxalq ictimaiyyət adından danışmağa çalışırlar. Lakin bir və ya bir neçə ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Yuxarıda qeyd olunan rəqəmlər də ən bariz şəkildə sübut edir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin ölkəmizin bundan sonra beynəlxalq təşkilatlarla bağlı atacağı addımlar barədə səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir. Dövlət başçısı birmənalı olaraq bildirdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdirilməsi əsas prioritet olaraq qalacaq. Çünki bizim ailəmiz məhz Türk dünyasıdır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, öz fikirlərini açıq və birmənalı şəkildə ifadə edərək vurğuladı ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və dövlətimizin xarici siyasətinin prioritet istiqaməti də məhz Türk Dövlətləri Təşkilatını bundan sonra daha da gücləndirməkdir. Həqiqətən də böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, artan əhaliyə malik olan və ən əsası, eyni soydan, kökdən olan xalqların daxil olan olduğu Türk Dövlətləri Təşkilatı kimi ikinci güclü birlik dünyada yoxdur. Məhz buna görə də bu təşkilatın qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmağın vacibliyi bütün üzv ölkələrin xarici siyasətində prioritet istiqamət olmalıdır”.
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti