Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

Natiq İsmayılov - “Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.” Bu fikirləri dövlət başçısı İlham Əliyev 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirdi.

7 fevral prezident seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoydu. Artıq bu seçkilər müasir tariximizə Zəfər seçkiləri kimi yazıldı. Bütün ölkə ərazisini əhatə edən seçkilərə xalqımızın qalib, yenilməz, məğrur xalq olaraq qatılması hər birimizi qürurlandırdı. 30 ildən sonra soydaşlarımız öz doğma yurd-yuvalarında prezident seçkilərində iştirak etdilər. Bu seçkilərin digər qürurverici məqamı dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri oldu. Prezident İlham Əliyev andiçmə mərasimində bu mühüm addımı belə səciyyələndirdi ki, 7 fevral prezident seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirildi. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Həmçinin Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Otuz il tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Cənab İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir.

Keçilən yolun təhlili bir daha təsdiqləyir ki, Azərbaycan nəinki 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə də müstəqil siyasəti ilə dünyanın diqqətində oldu. Müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev mövqeyindən bir addım da belə geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandırılacağını bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması bütün məqamlara aydınlıq gətirir. Belə ki, bu sənədə uyğun olaraq Kəlbəcər, Ağdam, Laçın müharibəsiz geri qaytarıldı.

Prezident İlham Əliyev çıxışlarında bu məqama da diqqət yönəldir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Ermənistan yenə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif yollara əl atdı, hərbi təxribatlar törətməklə vəziyyətin gərginləşməsində maraqlı olduğunu açıq-aydın nümayiş etdirdi. Cənab İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bir günlük lokal antiterror tədbirlərini qaçılmaz edən məqamlara yönəltdi. “Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. Əgər Ermənistan tərəfindən bir həftə təzadlı, bir-birini inkar edən hər hansı açıqlama verilməsə, biz artıq şübhə etməyə başlayırıq ki, görəsən, nələr baş verir” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu, həm onların açıqlamaları, həm qanunları, həm də separatçı qüvvələrə Ermənistan rəhbərliyi tərəfindən göndərilən təbrik məktubları göstərirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər. Ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. Hər bir addımımızın məntiqi mənası var idi. Hər bir addım əvvəlki addımın məntiqi davamı idi.

Rəşadətli Ordumuz ötən ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirlərini həyata keçirməklə suverenliyimizi tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı, dövlətimizin başçısının iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Bunlar Azərbaycan tarixinin möhtəşəm uğur səhifələridir. Bu il Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ermənilərin 30 il dağıtdığı ərazilər son üç ildə cənnətə çevrilir. Müasir tələblər səviyyəsində qurulan, bərpa edilən torpaqlarımızda həyat canlanır. Bərpa-quruculuq işləri soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Ötən il Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri sakinlərinə qovuşdu. Cari ildə qayıdış prosesi daha da sürətlənəcək. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Son 20 ildə Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə diqqətdə oldu. Bu illər ərzində ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Təkcə bu statistik rəqəm Azərbaycanda həyata keçirilən siyasətin bu gününə və gələcəyinə inamın təsdiqidir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Qeyd edək ki, Azərbaycan bu ilin dekabrında COP29-a ev sahibliyi edəcək. Bu mötəbər tədbir bir daha onu gösərir ki, yaşıl enerji keçidi prioritet məsələmizdir.

Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla yeni-yeni hədəflərə doğru inamla addımlayır.

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti