|
Badamdar şossesində baş verən sürüşmə zonasında gərginlik davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata görə gərginlik davam edir.
Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib.
Məlumata görə, sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir.