|
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən oktyabr ayının 17-də Mingəçevir şəhərində saat 11ºº-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində ( Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172 ) Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.