|
“Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasportların verilməsi təklifi araşdırılır”.
Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında” qanun layihəsinə dəyişiklik məsələsinin müzakirəsində deyib. O qeyd edib ki, bu barədə qanunvericilik subyekti ilə danışıqlar aparılır: “Hazırda bu məsələyə baxılır. Əgər təkliflər qəbul edilərsə, biz MSK üzvlərinə də diplomatik pasportlar verilməsi məsələsinə baxarıq”.