|
Milli Məclisin plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbulu zamanı yetərsay olmayıb.
Axar.az xəbər verir ki, qanun layihəsinə cəmi 79 nəfər səs verib. Spiker Oqtay Əsədov yetərsayın olmamasına etiraz edib:
“Yetərsay yoxdur. Deyəsən, qəhvə, çay yerini bağlamalı olacağıq. Çoxlarının paxıllığı tutur, belə getsə bağlanacaq. Məsələni bir də səsə qoyaq. İclas başlayanda dedim axı diqqətli olmaq lazımdır”.
Spikerin iradından sonra qanun layihəsi təkrar səsə qoyularaq qəbul edilib.