11:20

Yeni xəbər televiziyası ARB 24 adı altında fəaliyyət göstərəcək.

Bu sözləri Kult.az-a açıqlamasında ARB-nin Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov deyib. O, yeni televiziyanın yayıma başlayacağı tarixi də açıqlayıb:

“ARB 24 Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi tenderin qalibi olduqdan sonra biz hazırlıq prosesinə başladıq. Hazırlıq prosesi demək olar ki, yekunlaşıb. Kanal ümumrespublika üzrə açıq yayıma çıxmağa tam hazırdır. Lakin işləri daha da təkmilləşdirmək üçün hələ yayıma başlamırıq. Ümumrespublika yayımını 12 noyabra planlaşdırırıq.

ARB 24 ARB Media Qrupun tərkibində olan telekanaldır. Sadəcə, ARB 24 əvvəlcə regional və peyk yayımında fəaliyyət göstərirdisə, indi ümumrespublikada yaylmlanacaq.

MTRŞ müsabiqə elan etməmişdən öncə televiziya Tovuz rayonundan yayımlanırdı. Ümumrespbulika üzrə lisenziya aldıqdan sonra telekanal tam olaraq Bakıya köçüb”.

İ.Həsənovun sözlərinə görə, ARB 24-ün efirində aparıcı kimi yeni simalar olacaq:

“İcraçı direktor Radik İsmayılovun rəhbərliyi ilə yayıma başalayacaq xəbər televiziyasında köhnə komanda ilə yanaşı, efirdə yeni simalar da olacaq. Hətta aparıcı seçilməsi üçün artıq kastiqnlərə start verilib”.

Qeyd edək ki, MTRŞ Türkel TV MMC-ni (ARB 24) ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verib.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti