|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 16-sı axşamdan 17-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.
Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı axşamdan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-27, Astarada 4, Neftçala, Göyçay, Şamaxıda 0.4-1 mm olub.