Açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə həmin sahibkarlara qarşı qanunvericilik çərçivəsində müvafiq addımlar atılacaq. Tələblərə əməl etməyən reklam yayıcılarını 10 000 manatadək cərimə gözləyir. Artıq bəzi ərazilərdə icazəsiz reklamların söküntüsünə başlanılıb.

Ərazidə monitorinq aparan Dövlət Reklam Agentliyinin (ADRA) Bakı şəhər Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müfəttişlərindən biri – Orxan Oruczadə Azərtac-a bildirib ki, işimizin əsas təməli reklam yayıcıları ilə nəzakətlə ünsiyyət qurub, onları maarifləndirməkdir. Agentlikdə çalışdığı vaxt ərzində işinə böyük məsuliyyətlə yanaşdığını bildirən müfəttiş vəzifəsinin böyük səbr və təmkin tələb etdiyini vurğulayır. Onun sözlərinə görə, öhdəlikləri rahatlıqla icra etmək üçün texniki təchizatla təminat müfəttişlərin işini xeyli asanlaşdırıb. Belə ki, əvvəllər reklam lövhələrinin səthi ənənəvi üsulla ölçülürdüsə, indi məsafədən ölçmə cihazı onların işini rahatlaşdırmaqla yanaşı, vaxta qənaət baxımından da mühüm əhəmiyyət kəsb edir.

Səhər saatlarında ADRA-nın Bakı şəhər Reklam İdarəsinə toplaşan əməkdaşlar iş planının müzakirəsi və tapşırıqlardan sonra təhkim olunduqları əraziyə yollanırlar. Məqsəd paytaxtın reklam ekosistemi ilə yaxından tanış olub, onların monitorinqini aparmaqdır. Ünsiyyət müfəttişlərin günlük öhdəlikləri sırasında ən vacib məqamdır. Danışıqlar zamanı qarşıya çıxan çətinliklər arasında onların reklama dair yeni qəbul olunmuş qanunlar barədə məlumatsızlığı üstünlük təşkil edir. Buna görə də ilkin mərhələdə sahibkarlar bu barədə maarifləndirilirlər. Müfəttişlər əraziyə çıxarkən reklam yayıcılarını maraqlandıran sualları cavablandırır, eyni zamanda, bildirişlərin, müqavilələrin təqdim olunması və digər prosedurları reallaşdırırlar. Qeyd edək ki, bu ilin 9 ayı ərzində təkcə Bakı şəhəri üzrə açıq məkanda reklam yerləşdirən sahibkarlarla 4 minə yaxın müqavilə imzalanıb, 10 minə yaxın obyektə bildiriş paylanılıb.

Ərazidə monitorinq aparılan zaman qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinə də rast gəlinir. Həmin reklamların yayımının dayandırılması barədə sahibkarlara xəbərdarlıq edilir. Reklam yayıcıları buna əməl etmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür.

Şəhərin estetik görünüşünü pozan, eləcə də qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələri sökülür. Mütəmadi aparılan monitorinqlər zamanı açıq məkandakı reklamlarda Azərbaycanın dövlət dili ilə bağlı çatışmazlıqların aradan qaldırılması istiqamətində də işlər görülür. Daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarlara metodiki tövsiyələr verilir.

Aktiv iş rejimindən sonra axşam saatlarında idarəyə qayıdan müfəttişlər gördükləri iş barədə rəhbərliyə gündəlik hesabat verirlər. Müfəttiş Orxan Oruczadə deyir ki, sabah da əraziyə yollanacaq. Onun sözlərinə görə, fərqli xarakterli insanlarla ünsiyyət zamanı həssas yanaşma tələb olunur. O da işində bu prinsipi əsas götürür.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti