|
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev oktyabrın 26-da Mingəçevir şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, saat 11:00-da başlayacaq qəbul zamanı bölgədə yerləşən-Mingəçevir şəhərinin, Şəki, Oğuz, Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.