Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Axar.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Daha sonra ötən məhkəmə proseslərində müdafiəçilərin qaldırdıqları vəsatətlər müzakirə olunub.

Məhkəmə vəsatətləri təmin etməyib.

Təqsirləndirilən F.Hacıyevin vəkili Elçin Əliyev növbəti dəfə vəsatət qaldırıb və deyib ki, məhkəmə istintaqı dövründə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib:

"Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər".

Vəkil Məhkəmə Xəttşünaslıq Ekspertizasının keçirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Vəsatəti təmin edilməyən vəkil həmin şahidlərin məhkəmədə yenidən dindirilməsini istəyib. Məhkəmə həmin vəsatəti də təmin etməyib.

Müğənni F.Laçının vəkili Türkel Süleymanlı da vəsatət qaldırıb. O qeyd edib ki, Qoca qatarda qaçarkən istifadə etdiyi açar maddi sübut kimi istintaq orqanından tələb olunsun:

"İstintaq dövründə həmin açar barədə ekapertiza rəy verməyib. Hətta istəyirəm ki, məhkəmə hadisə yerinə baxış keçirsin".

F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib:

"O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi".

Məhkəmənın növbəti prosesi oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti