Səhhətimdə yaranmış problemlərlə əlaqədar müalicəmin bir hissəsini Bakıda, bir hissəsini də xarici ölkələrdə aldım. Daha çox Türkiyədə müalicə olundum. Azərbaycan səhiyyəsinin durumundan danışarkən deyə bilərəm ki, bu, bir az problemli məsələdir. Sovet dövründə həkimlərin aldığı təhsil, onlara tələb, münasibət fərqli idi. Həmin zaman kəsiyində Azərbaycan həkimləri kifayət qədər nüfuzlu, güclü idilər. O məktəb isə artıq bitib.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Report-a geniş müsahibəsində Azərbaycan səhiyyəsinin durumundan danışarkən bildirib.

Deputat əlavə edib ki, Sovet dövründə həkimlərə təhsil verən o məktəb 30 ilə yaxındır ki, Azərbaycanda yoxdur:

“Azərbaycanda əvvəlki nəsil həkimlər savadlıdırlar, lakin müasir texnologiyadan anlayışları zəifdir. Hazırki nəsil həkimlərin texnologiyadan anlayışları güclüdür, amma əvvəlki nəsil həkimlərə nisbətən diaqnoz qoymaq, düzgün nəticə çıxarmaq imkanları zəifdir.

Köhnə həkimlər bir xəstəliyi iki-üç dərmanla müalicə edə bilirdilərsə, burada özlərinə əminlik də var idisə, hazırki həkimlər isə daha çox dərman yazmaqla məşğuldurlar.

Yəni “Bu dərman kömək etməzsə, digəri kömək edəcək. O da etməzsə, başqa birisi kömək edəcək” prinsipi ilə hərəkət edirlər. Bu da təbii ki, müəyyən çətinliklər yaradır”.

Deputat bildirib ki, buna baxmayaraq, hazırda Azərbaycanda peşəkar həkimlər yetişməkdədir. Azərbaycanda təhsil alaraq sonra Türkiyənin nüfuzlu universitetlərində təhsillərini təkmilləşdirən həkimlərimiz var.

O qeyd edib ki, 10-15 il sonra arzuladığımız həkimlər olacaq.

İctimai nəqliyyatın vəziyyətindən danışan deputat bildirib ki, Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra yaradılan Bakı Nəqliyyat Agentliyi də ictimai nəqliyyat sistemində müsbətə doğru heç bir dəyişiklik edə bilmədi:

“Avtobus nəqliyyatı sistemində vəziyyət olduğu kimi qalır. Metrostansiyalarda da problemlər mövcuddur. Olmazmı ki, pik saatlarda qatarların intervalı 1-2 dəqiqə olsun?

Bu qurum zərərlə işləmir axı. Əgər pula ehtiyac varsa, ölkə Prezidentinə, Nazirlər Kabinetinə müraciət etmək lazımdır. Əminəm ki, məsələ müzakirə edilib, həll olunar. Necə olur ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”nın rəisi təyin edildikdən sonra problemlərə son qoyuldu? Niyə Bakı Metropolitenində problem olmalıdır? Baxın, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”nın sədri təyin edildikdən sonra Bakı-Sumqayıt qatarı işə düşdü, burada xidmət yüksək səviyyədədir. Hazırda Bakı-Gəncə surət qatarı işə düşməlidir. Bu addımlar Cavid Qurbanov təyin edilməzdən öncə, əvvəlki rəhbərlik tərəfindən niyə atılmırdı?”

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti