Bu ayın 8-də İstanbulda saxlanılmış, 18-də azad edilmiş, 22-də isə yenidən tutuqlanmış "Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun barəsində yeni məlumatlar var.

Axara.z Musavat.com-a istinadən xəbər verir ki, Quli İstanbula yerləşdikdən sonra rəsmi qaydada soyadını dəyişməklə yeni sənədlər əldə edib. Yeni sənədində o, soyadını İsmayılov kimi qeyd etdirib.

22,5 il Azərbaycanda həbsdə yatmış, barəsində minlərlə yazı yazılmış Qulinin bu addımı atmasının səbəbi, güman ki, beynəlxalq marşrutlarda hərəkət edərkən, bir ölkədən başqa ölkəyə keçərkən sərhədlərdə problem yaşamamasını istəməsi üzündən olub.

Nadir İsmayılovun sənədindəki bu yenilik onun oktyabrın 18-də İstanbul 2-ci sülh-cəza məhkəməsində aparılan mühakiməsi zamanı bəlli olub.

Onun məhkəməyə verdiyi ərizədə ad-soyadı Nadir İsmayılov kimi qeyd olunub. Nadir İsmayılovun vəkili Emin Canacankatan müvəkkilinin dərhal azad edilməsi üçün ərizə verib və ayın 18-də N.İsmayılov sərbəst buraxılıb.

İndilikdə N.İsmayılovun oktyabrın 22-də yenidən saxlanılmasının səbəbi bilinmir.

Ancaq böyük ehtimalla bu, əvvəlki ittihamlarla bağlıdır.

Qeyd edək ki, həmin ittihamlar (Rusiyada çalışan iş adamlarından xərac tələb edilməsi) Rusiya tərəfindən irəli sürülüb.

Qulinin Rusiyaya və ya Azərbaycana ekstradisiya edilməsi məsələsi hələlik açıq qalır. O, Rusiya və Azərbaycan vətəndaşı deyil. Azərbaycan tərəfi belə bir tələb irəli sürməyib.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti