Azərbaycanda təcrübə məqsədilə ilk dəfə yetişdirilən rəngli pambığın yığılmasına başlanılıb.

Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Məhərrəm Əliyev Azərtac-a bildirib ki, Çindən gətirilən rəngli pambığın çiyidi bir qədər gec - iyun ayının əvvəlində əllə səpilib. Vegetasiya dövrü az olan bu pambıq yerli pambıqlarla eyni vaxtda bar verib. Mahlıcı zərif olan pambıq xına rəngi və bir qədər açıq rəngdədir. Məhsuldarlıq qənaətbəxşdir. Hər hektardan 45-50 sentner məhsul gözlənilir.

Yığılan məhsul Gəncə Aqrar Elm Mərkəzində təmizlənərək çiyid mahlıcdan ayrılacaq və respublikada bu pambıq sortunun çoxaldılması üçün toxumluq məqsədilə istifadə ediləcək. Növbəti ildə 5 hektarda rəngli pambığın becərilməsi nəzərdə tutulur.

Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təcrübə sahələrində 3 hektarda becərilən qiymətli strateji bitki olan soyanın da yığımı həyata keçirilir.

Mərkəzin direktoru Məhərrəm Əliyev bildirib ki, soya tərkibindəki zülal və yağın zənginliyinə görə əvəzedilməz bitkidir. Həm ərzaq, həm də yem bitkisi kimi mühüm əhəmiyyət kəsb edən soya bitkisinin əkinlərinin çoxaldılması vacibdir. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir. Bu bitki havada olan sərbəst azotu fiksasiya edərək, torpağın münbitliyinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

 
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti