|
Magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə içməli suyun verilişində sutka ərzində fasilə olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, fasilə Qara şəhər adlanan ərazi, N.Rəfiyev, N.Əliyev, S.Orucov, M.Mehdizadə və Xocalı küçələrində olacaq.