Araz Bəndəliyev - Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı Azərbaycanın qlobal iqlim gündəliyində aktiv rol oynadığını bir daha təsdiq etdi. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra bu dövlətlərlə əməkdaşlığı yeni, daha yüksək səviyyəyə çatdıraraq, onların səsini beynəlxalq arenada daha da eşidilən etdi. 

İqlim dəyişmələrinin təsirləri hər bir ölkəni, o cümlədən Azərbaycanı hədəf alsa da, kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükə yaradır. Xəzər dənizinin dayazlaşması, çaylarda və dağlarda suyun azalması Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinə birbaşa nümunədir. Buna görə də Prezident İlham Əliyev inkişaf etmiş ölkələri, xüsusilə müstəmləkə keçmişinə malik dövlətləri, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. 

Azərbaycanın bu sahədəki səyləri artıq öz bəhrəsini verir. Ölkəmiz müxtəlif humanitar təşəbbüslər çərçivəsində ondan çox kiçik ada dövlətinə tələbə təqaüdləri təqdim etmiş və iqlim dəyişmələrindən zərər çəkmiş icmalara dəstək göstərmişdir. Bundan əlavə, Bakı Kommünikesi vasitəsilə iqlim maliyyəsinin əlçatanlığına dair konkret addımların atılmasına çağırış edilmiş və İtki və Zərərə Cavab Fondunun fəaliyyəti ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. 

Azərbaycan, həmçinin, kiçik ada dövlətlərində birgə layihələr üçün 10 milyon ABŞ dolları ayıraraq, ətraf mühitin monitorinqi üçün peyk məlumatlarından istifadəyə dair yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Qoşulmama Hərəkatının və COP29-un sədri kimi bu dövlətlərin maraqlarını müdafiə etməyə davam edəcəkdir. 

Bu yanaşma Azərbaycanın qlobal liderlikdə ədalət və həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir və dünya dövlətlərinə iqlim dəyişmələrinə qarşı birgə mübarizənin zəruriliyini xatırladır. 

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti