Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

“Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayonu olmuşdur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü. “1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur . 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraq məskunlaşdırmışdılar. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması demək idi. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir. Böyük təəssüf hissi ilə də olsa etiraf olunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib.”

K.Qafarov xüsusi olaraq qeyd edib ki, rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davam etməsini şərtləndirən əsas amillərdən biri müəyyən Qərb ölkələrinin və beynəlxalq təşkilatların yürütdükləri ikili standartlar siyasəti olub: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, cənab Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub. Bu gün Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi Ağdam üçün yeni dövr başlayıb və bu dövr işğaldan azad olunmuş bütün bölgələrimizin möhtəşəm inkişafı ilə səciyyələnir” .
27 Yanvar 2025 2024-cü ildə Bakı metropoliteninin 19 509 335 sərnişini QR biletdən istifadə edib
27 Yanvar 2025 2024-cü ildə metro tarixində bir gündə daşınan sərnişin sayına görə rekord qeydə alınıb
27 Yanvar 2025 Kimlərin maaşı artırıldı? - Tam SİYAHI
27 Yanvar 2025 Bakı metropoliteninin 2024-cü il üzrə sərnişindaşıma göstəricilərini təqdim edirik
27 Yanvar 2025 DTX-nin hərbi qulluqçularının maaşları artırılıb
27 Yanvar 2025 Azərbaycanda bu İnstitut LƏĞV EDİLDİ
27 Yanvar 2025 Bakıda bu bazar bağlandı: köçürülür - Foto
27 Yanvar 2025 Nazirlik plastik cərrahlara müraciət etdii: 31 yanvara qədər...
27 Yanvar 2025 Məktəblərdə qış tətili başladı
25 Yanvar 2025 Azərbaycanda ev qiymətinə telefon nömrələri satışa çıxarıldı
24 Yanvar 2025 Y E N İ N Ə Ş R
24 Yanvar 2025 Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu şəxslərə 3 otaqlı mənzillər veriləcək
24 Yanvar 2025 Özünə "moyka" açmaq istəyən işsizlərin NƏZƏRİNƏ! - Dövlət bunları pulsuz verəcək
24 Yanvar 2025 Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı yubiley medalı əcnəbilərə də verilə bilər
24 Yanvar 2025 Qərar verildi - Gələn il 28 min tələbə...
24 Yanvar 2025 Sosial kirayə evlərlə bağlı qanun dəyişir
24 Yanvar 2025 Səhiyyə Nazirliyinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşib
24 Yanvar 2025 Pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşları 90 faiz ARTIRILDI
23 Yanvar 2025 Pensiyalar nə qədər artırılır: 8, yoxsa 14.3 faiz? - Deputatdan AÇIQLAMA

Xəbər lenti