Azərbaycanda zibildən enerji alınacaq

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiyanı təsdiq edib.

straregiyada bildirilir ki, Bakı ərazisində fəaliyyət göstərən yeni sistemlər istisna olmaqla, regionlarda əksər hallarda tullantıların açıq zibilxanalarda toplanması, bu məqsədlə ayrılmış sahələrin hasarlanmaması, həmin sahələrdə basdırılan tullantılardan əmələ gələn çirkləndirici maddələrin qrunt sularına qarışması, bəzi tullantı poliqonlarının birbaşa olaraq çayların sahili boyunca və subasar düzənliklərdə yerləşdirilməsi bu sahəyə xüsusi diqqət yetirilməsi zərurətini yaradır.

Milli Strategiyanın yerinə yetirilməsi bərk məişət tullantılarının əmələ gəldiyi yerlərdə (ev təsərrüfatları, sosial və ticarət obyektləri, idarə və təşkilatlar, istirahət və turizm obyektləri və s.) qida tullantılarının, kağız, plastik, metal, şüşə ilə yanaşı, söküntü və tikinti tullantılarının, habelə elektrik lampaları, köhnə və yararsız elektrik/elektronika cihazlarının, batareyaların, atılmış dərmanların və kimyəvi məhsulların kənarlaşdırılması və utilizasiyası mövcud problemlərin aradan qaldırılmasına, ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı toplanılma, daşınma və zərərsizləşdirilmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsinə marağı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılmasına, dövlət büdcəsindən bu sahəyə ayrılan subsidiyaların tədricən azaldılmasına, göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində işlərin daha da sürətləndirilməsinə, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələr yaradılmasına, təkrar emal bazarının möhkəmləndirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcək.

Milli Strategiyanın məqsədləri bərk məişət tullantılarının yığılması xidmətlərinin Azərbaycan Respublikasındakı bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi, çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsidir. 

Həmçinin mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsidir.

Milli Strategiyanın prioritet istiqamətlərindən biri də bərk məişət tullantılarının idarə edilməsinə dövlət büdcəsindən ayrılan subsidiyaların tədricən azaldılması, yeni tarif sisteminin və yığım mexanizmlərinin tətbiq edilməsi, müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlər görülməsi.

Milli Strategiyanın icrasından gözlənilən nəticələr sırasında ölkənin bütün şəhər və kəndlərinin ərazilərində bərk tullantıların yığılmasını, təkrar emalını və zərərsizləşdirilməsini təkmilləşdirəcək investisiyaların və inkişaf sxemlərinin qurulmasında mövcud ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi, respublikanın bütün ərazisini əhatə edəcək bərk məişət tullantılarının regional sanitariya poliqonlarının və ötürücü məntəqələrin yaradılması, bu xidmətin bütün yaşayış məntəqələrinə doğru genişləndirilməsi, bərk məişət tullantılarının idarə edilməsi sahəsində göstərilən xidmətlər müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması və tarif cədvəllərinin təkmilləşdirilməsi, ictimai sağlamlığın təmin edilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kommunal xidmətlər sahəsində yeni iş yerlərinin açılması və səmərəliliyin yüksəldilməsi və digər məsələlər var.

Qeyd edək ki, Strategiyanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyəvə Təhsil nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunması üçün vəzifələr qoyulub.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti