|
AQTA quş əti idxalı və satışı ilə bağlı məsələyə aydınlıq gətirdi.
Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir.
AQTA-dan məlumat verilib.
Qurumdan bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir:
“Ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunmuş və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.