belediyye-seckilerinde-de-odenissiz-efir-vaxti-ayrilacaq

Gələn ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı ayrılacaq.

Mərkəzi Seçki Komissiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 6-dan start veriləcək təbliğat kampaniyasında ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıdakı media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan” qəzeti;

- "Xalq qəzeti”;

- "Respublika” qəzeti;

- "Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.

17 Dekabr 2024 Sabah sulu qar yağacaq - PROQNOZ
17 Dekabr 2024 Dekabrın 21-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - 3 aydan sonra...
17 Dekabr 2024 Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başladı - FOTO
17 Dekabr 2024 Onların maaşı 3600 manata qaldırılıb - Rəsmi
17 Dekabr 2024 Bələdiyyə sədri olmaq istəyənlərin nəzərinə - Təşviqat aparmaq...
17 Dekabr 2024 Gələn ilin qeyri-iş günləri - Açıqlandı
17 Dekabr 2024 “Hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil”
17 Dekabr 2024 Şamaxının Yol İnfrastrukturunun Gelişiminə Böyük Töhfə: Nazim Eynallının Rəhbərliyi ilə 19 Saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin Uğurları
17 Dekabr 2024 Bayramla bağlı VACİB AÇIQLAMA: Bu hal ağır xəstəliyə yol açır
16 Dekabr 2024 Dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb
16 Dekabr 2024 Bu gün FHN işçilərinin peşə bayramı günüdür
16 Dekabr 2024 Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklikləri I oxunuşda qəbul edib
16 Dekabr 2024 Ən çox bu sahələrə pul ayrılacaq - Baş nazirdən şad xəbər
16 Dekabr 2024 Jurnalistlər gəlirlərinin 75%-i vergidən azad ediləcək
16 Dekabr 2024 Bakının bir sıra yollarında tixac var – SİYAHI
14 Dekabr 2024 Qışda su təchizatında yarana biləcək problemlər aradan qaldırılır - Video
14 Dekabr 2024 Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - Video
14 Dekabr 2024 General Aqşin Kazımov vəzifəsindən azad olundu
14 Dekabr 2024 Cəbrayılda ilk qar sevinci - Fotolar
14 Dekabr 2024 Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir - FAKTİKİ HAVA

Xəbər lenti