|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ildə ümumilikdə 7 mindən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 23,7 min müxtəlif reabilitasiya vasitəsi verilib.
Bu istiqamətdə xidmət göstərilənlərdən 900 nəfərə yaxını Qarabağ müharibəsi əlili olub.
Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara təqdim edilən reabilitasiya vasitələrindən 1006-sını əlil arabası təşkil edib.
Digər reabilitasiya vasitələri aşağı və yuxarı ətraf, həmçinin döş protezlərindən, bel və boyun nahiyəsi üçün korsetlərdən, protez və ortopedik ayaqqabılardan, dördayaqlı dayaq vasitələrindən, qoltuqaltı və dirsəkaltı ağaclardan, əsalardan və s. ibarət olub. Fiziki məhdudiyyətli şəxslərin müraciətləri əsasında 546 reabilitasiya vasitəsi təmir edilərək yenidən sahiblərinə təqdim edilib.