|
ABŞ-ın İranla 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra ləğv etdiyi bütün sanksiyalar yenidən qüvvəyə minəcək.
bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Tramp sosial media hesabında paylaşdığı fotoda “Sanksiyalar gəlir - 5 noyabr” qeydini edib.
Məsələ ilə bağlı açıqlama verən ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İranla əməkdaşlığı davam etdirənlərə də sanksiyalar tətbiq olunacaq, lakin 8 ölkə bu siyahıya daxil edilməyəcək. O, həmin ölkələrin adını hələlik açıqlamayıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə həmin siyahıda Türkiyənin də olacağını elan edib:
“ABŞ-ın İrana sanksiyalarında istisna tətbiq edəcəyi 8 ölkə arasında Türkiyənin də olacağı məlumatını aldıq. Bu qərara görə məmnun olduğumuzu bildirmək istəyirəm”.