Bakıda tikilən 10 metro stansiyası bu ərazilərdə olacaq

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.

Yol-xeber.az modern.az-a istinadən xəbər verir ki, inşa edilməsi planlaşdırılan metro stansiyaları barədə bir sıra məlumatları təqdim edirik.

Qeyd edək ki, Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.

Yeni 10 stansiyadan 6-sının “Bənövşəyi xətt” üzərində tikiləcəyi gözlənilir. Hazırda Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir. Şərti olaraq "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" adlandırılan stansiyaların tikilib başa çatmasından sonra Xocaəsəndən başlayan “Bənövşəyi xətt” Ağ Şəhərə qədər davam edəcək.

1408954

Foto: Prezident İlham Əliyev təqdim edilən metronun inkişaf planı

Yerdə qalan 4 stansiyanın “Yaşıl xətt” üzrə tikilməsi nəzərdə tutulub. Tikintinin başa çatmasından sonra “Xətai” stansiyası “Həzi Aslanov”la birləşəcək.

Konseptual sxemə görə, “Yaşıl xətt”  Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə etməklə, ümumi uzunluğu 41,8 km olacaq . Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.

Müxtəlif texniki həllərdən asılı olaraq 10 stansiyanın tikintisi üçün 3.8-4 milyard dollar investisiya lazımdır. Layihənin gözlənilən 3 əsas təsiri var:

- Sumqayıt və Xırdalan istiqamətindən olan sərnişin axını şəhərin mərkəzi ilə daha optimal əlaqələndirilir.

- Xətai rayonu şəhərin mərkəzi ilə daha optimal əlaqələndirilir.

- Müxtəlif mobillik təşəbbüslərinin icra vəziyyətindən asılı olaraq il ərzində əlavə 40-120 milyon sərnişin daşınması imkanı yaradılır.

Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirib ki, bir çox müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək: “Yəqin ki, 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Amma yolların çəkilişi daha az. Azərbaycan ictimaiyyəti təbii olaraq bu məsələlərlə bağlı daim məlumatlandırılacaq”.

1408955

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti