“Nizami Kino Mərkəzi”ndə 44 günlük müharibədə Hadrut uğrunda gedən döyüşlərin qəhrəman şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin xatirəsinə həsr olunmuş “Vətənə bağlı ömür” adlı sənədli-bədii filmin təqdimatı keçirilib.
Yol-xeber.az" xəbər verir ki, “Gün TV” Media Qrupun istehsal etdiyi filmin ssenari müəllifi Mehriban Sadıqova, rejissoru Anar İslamdır. Filmin operatorları Orxan Hüseynzadə və Cəmil Xalidoğlu, səs rejissoru Fuad Allahverdiyev, bəstəkarı Yaqut Almaz, filmi səsləndirən Səməd Hətəmov, Nurlan rolunun ifaçısı isə aktyor Vüqar İsgəndərlidir.
Şəhid Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıtda dünyaya göz açıb. Uşaqkən atasını itirən Nurlan 20 ildən artıq metroda çalışan Rahilə Ramazanovanın övladıdır. Nurlan orta məktəbin son üç ilini Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Almaniyada təhsilini “Buraxılışın ən yaxşı əcnəbi kursantı” sertifikatı və atıcılıq üzrə qızıl nişanla bitirib. 2014-cü ildən müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri olub. “Təməl Xüsusi Təyinatlı” kursunu birinciliklə bitirib. İkinci Qarabağ müharibəsi başlanan gündən Vətən torpaqlarının azad edilməsi uğrunda döyüşlərə qatılıb. Müxtəlif strateji obyektlərin və rayonların azad olunmasında iştirak edib. 2020-ci il oktyabrın 12-də Hadrut uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti