Tanınmış yazıçı-publisist, jurnalist, filoloq-pedaqoq Səyadulla Kərimlinin çoxdandır ki, üzərində çalışdığı, kiçik yaşlı məktəblilər ücun yazdığı şeir, hekayə, nağıl və tapmacalar toplanmış "Balalara töhfə"si (redaktor: Tapdıq Əlibəyli ) bu günlərdə Qanun Nəşrlər Evində işıq üzü görüb. Bu münasibətlə müəllifi - sevimli müəllimim, dostumu axarlı uğurlar diləyilə təbrik edirəm!
Cəmiyyətin sabahı, gələcəyimiz olan uşaqlara ünvanlanan bu kitabda müəllif "balaca dostlar"ını həmsöhbət olmağa dəvət edir:

SALAM, BALACA DOSTLAR!

Kim yatıb, kim oyaq?..

Yəqin həmişəki kimi deyəcəksiniz ki, hamı yatıb, Cırtdan oyaq!

Cırtdan nə üçün oyaq?..

Bax bu suala cavab tapmaq üçün gərək əlinizə aldığınız bu kitabı
səliqə ilə vərəqləyib, diqqətlə oxuyasınız. Onda görəcəksiniz ki, burada
sizi çoxlu-çoxlu maraqlı şeir, hekayə, nağıl, tapmaca gözləyir. Onların
köməkliyi ilə siz sehrli dünyamızın hər yerinə səyahət edəcək, tənbəl
Dadaşdan tutmuş, qoçaq Qaya, lovğa Elxan, çoxbilmiş Ayan, Jalə,
Nərmin, Vüqar, Yağmur və digər uşaqlarla tanış olacaqsınız. Siz
burada həm də sinəsiağ qaranquşla, uzunquyruq siçanla, hiyləgər
tülküylə, gözləri fanar kimi alışıb-yanan canavarla, özündənrazı şirlə
rastlaşacaqsınız. Əlbəttə, bu işdə mən – Cırtdan da sizə qoşulacaq, sizə
yol yoldaşı olacağam.
Mən nə yerdəyəm, nə göydə. Nə uzaqdayam, nə yaxında. Amma hər
şeyi görürəm, hər şeyi bilirəm. Axtarsanız, ünvanımı bu kitabı sizlərə
hədiyyə edən yazıçı-publisist Səyadulla Kərimlidən soruşun...

 


 Tapdıq ƏLİBƏYLİ

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti