15:56

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

 

Axar.az sabiq rektorun fəaliyyəti ilə bağlı təhsil ekspertləri arasında keçirdiyi sorğunu təqdim edir:

Etibar Əliyev: “Abel Məhərrəmov 19 il rektor vəzifəsində çalışıb. O, universitetdə ən uzun müddət rektor vəzifəsində çalışan insan olub. Hətta akademik Faiq Bağırzadədən də 2 il çox bu vəzifədə qalıb. Bu gün BDU-da təhsilin keyfiyyəti göz önündədir. Təkhakimiyyətlilik kimi vəziyyətlər A.Məhərrəmovun idarəçiliyinin əsas elementləri olub.

Düşünürəm ki, son dövrlər ali təhsil müəssisələrinə təyin olunan yeni rektorlar çox ciddi islahatlar aparırlar və onlar ən azından həmin universitetləri böhrandan xilas etdilər. Yeni təyin edilən rektorların sayəsində bir çox universitetdə korrupsiyanın kökü kəsildi, bir sıra elm və təhsil layihələrinə imza atıldı. Ancaq yenə də təkrar edirəm ki, istər islahatlar, istərsə də təhsilin keyfiyyətinin yaxşılaşdırılması və digər mühüm işlər BDU-da müşahidə olunmadı”.

Kamran Əsədov: “Mənim Bakı Dövlət Universitetində tələbəlik, magistr, doktorantura illərim Abel müəllimin rektorluğu dövrünə təsadüf edib. Abel müəllim həmişə problemli tələbələri uzaqlaşdırmağa, azad fikirli şəxslərin universitetdən kənarlaşdırılmasına cəhd edib. Əlbəttə ki, rektor kimi zaman-zaman tələbələrin xeyrinə addımlar atıb. Amma mən öz təcrübəmdən deyim ki, 2012-ci ildə doktorantura imtahanında tam əsassız olaraq kəsildim, 2013-cü ildə isə yüksək nəticə əldə etməyimə baxmayaraq, məni ödənişli əsaslarla qəbul etdilər, məndən aşağı nəticə göstərən isə rəhbərliyin tanışı idi deyə, ödənişsiz oxudu. BDU-da tapşırıq, kiminsə tanışı, qohumu olduğuna görə işə qəbul edilmə, irəli çəkilmə halları adi fakta çevrilmişdi. Daha çox işə qəbul edilən, üstünlük verilənlər onun yaxını olması ilə seçilirdi. Eyni zamanda, bu elmi-tədqiqat işlərinin müdafiə edilməsi zamanı da müşahidə edilirdi. Əslində, BDU-da təhsil üçün qeyri-sağlam mühit var di. Təhsilin keyfiyyəti son illərdə enişə doğru idi. Əgər 5-10 il əvvəl yüksək bal toplayanlar BDU-nu seçirdisə, son illərdə təhsilin keyfiyyətindəki enmə abituriyentlərin BDU-ya marağını azaltmışdı. Maksimum bal toplayanlar buranı seçməkdə maraqlı deyildilər. Hesab edirəm ki, yeni rektor qeyd etdiyim nüansları mütləq nəzərə alacaq. Mütərəqqi fikirli şəxsləri universitetə cəlb edib, universitetin imicini yenidən qaldıracaq”.

Nadir İsrafilov: “20 ilə yaxın bir müddətdə BDU kimi tarixi ənənələrə malik bir universitetə rəhbərlik edən bir şəxsin təhsil sahəsindəki xidmətlərini tamamilə inkar etmək ədalətsizlik olardı. Əlbəttə, akademikin ictimai-mənəvi fəaliyyəti ilə bağlı yayılan xoşagəlməz məlumatlar nəinki təhsilimizə, bütövlükdə cəmiyyətimizə heç də başucalığı gətirmir. Digər bir məsələ, 100 ilə yaxın bir dövrdə ali təhsilimizin flaqmanı sayılan BDU son 10-15 ildə tarixi ənənələrini əldən verərək, təşəbbüskarlıq, novatorluq, nüfuzluluq baxımından UNEC, ADAU, ADA, ADPU, BANM və bir çox digər ali təhsil müəssisəsi ilə müqayisədə mövqelərini itirmişdi”.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti