Şuşa işğa olunan gün Bərdədə idim. Mənim balaca qardaşım Vüqar Şuşadan gec çıxmışdı, ortancıl qardaşım Kamil isə tez çıxmışdı Şuşadan. Mən də Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”

Axar.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az-a geniş müsahibəsində Şuşanın işğal günü barədə danışarkən deyib. B.Səfərov bildirib ki, əksər qohumları Şuşanın işğalı günü orada olub:

“Mayın 6-da Bərdəyə, bir dostumuzun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı.

Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi”.

B.Səfərov köçkünləri torpaqlarını qoyub qaçmaqda ittiham edənlərə də cavab verib:

“Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı alayın bütün silahları var idi. Üstəgəl, nizamlı sovet ordusu.

Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!”

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti