|
Balakənin məşhur “Qubek Otel” istirahət zonası işlək vəziyyətdə satışa çıxarılıb.
Axar.az xəbər verir ki, oteli satışa Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi təqdim edib. Bu məqsədlə 18 dekabr tarixində hərrac təşkil olunacaq.
Ümumi faydalı sahəsi 9297.4 kvadrat metr olan otelin həyətyanı ərazisi ilə birgə ümumi start qiyməti 9.100.000 AZN müəyyən edilib.
Oteldə 24 Standart (2 nəfərlik), 30 Delux (2-3 nəfərlik), 6 VIP (2 nəfərlik), 3 VIP+ (4 nəfərlik) otaqlar var.
Satışa təqdim edilən otel fəaliyyətini hazırda davam etdirir.