Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin ediməsi məqsədi ilə sürücülərə xəbərdarlıq edib.

 

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Axar.az-a açıqlamasında bildirib ki, belə hava şəraitində sürücülər ictimai nəqliyyatdan istifadəyə üstünlük verərək şəxsi avtomobillərindən az istifadə etməlidirlər.

V.Əsədov qeyd edib ki, yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər:

“Ümumiyyətlə sürücülər belə hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.

O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalıdırlar:

“Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır”.

Rəisin sözlərinə görə, belə hava şəraitində dövlət nömrə nişanlarının çirklənməsi ehtimalı yaranır, bu da dövlət nömrə nişanlarının görünməməsinə səbəb olur:

“Br daha bildiririk ki, hava şəraitindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, əks təqdirdə belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. "Yol hərəkəti haqında" qanunun 50-ci maddəsində deyilir ki, yol və meteroloji şərait nəzərə alınmaqla sürücü nəqliyyat vasitəsinin elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisədən hava şəraitinin pis olması bəhanəsi ilə məsuliyyətdən yayınmağa çalışırlar”.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti