Bakı Dövlət Universitetində 19 ildən sonra rəhbərliyin dəyişməsi ali təhsil ocağında kadr islahatları fikrini gündəmə gətirib. Universitetlərdə rəhbərlik dəyişikliyinin ali təhsil ocağının inkişafında bilavasitə rol oynadığını hesab edən ekspertlərin fikrincə, islahatların davam etdirilməsi müsbət nəticələr verəcək.

Axar.az xəbər verir ki, ekspertlər kadr və rəhbərlik dəyişikliyi aparılmayan təhsil müəssisələrinin inkişaf etməsinin və dünyanın aparıcı ölkələrinin siyahısında yer ala bilməsinin müasir dövrdə qeyri-mümkün olduğunu bildirir.

İqtisadçı alim, ekspert Qubad İbadoğlunun sözlərinə görə, bu gün BDU sindromunun yaranmasına səbəb məhz ali təhsildə islahatların ləngiməsidir.

İbadoğlu hesab edir ki, ali təhsil müəssisəsinin rəhbərliyində kadrların müsbət rolunu Azərbaycan Dövlət İqtisad Universiteti, Pedaqoji Universitet, eləcə də Neft və Sənaye Universitetinin nümunəsində görmək olur.

“Ancaq adı çəkilən universitetlərdə də islahatların dairəsi müəyyən çərçivə ilə məhdudlaşır. Çünki bu sahədə idarəetmə sistemi özlüyündə düzgün qurulmayıb.

Hazırda çalışdığım Rutgers Universitetində, eləcə də əvvəllər işlədiyim Mərkəzi Avropa, Şimali Karolina, Dyuk və Prinston universitetlərinin təcrübəsində gördüyüm örnəklər diqqətəlayiqdir. Həmin universitetlərdə, ümumiyyətlə, Qərbin mütərəqqi ölkələrində müasir təhsil sistemi qərarların qəbulunda ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq üzərində qurulub.

Burda hesabatlılıq və ictimai nəzarət yalnız rəhbərlik və tələbələr arası münasibətlərdə deyil, Direktorlar Şurası, Qəyyumluq Şurası, prezident, Universitetin Senatı müstəvisində həm şaquli, həm də üfüqi istiqamətlərdə müşahidə olunur. Mən hazırkı dərs ilində artıq ikinci dəfədir ki, universitet prezidentinin hesabatını dinləmiş, növbəti il üzrə strateji plan müzakirələrində iştirak etmişəm. Baxmayaraq ki, Rutgers Universitetinin tələbələrinin sayı 70 mini ötüb, işçilərinin sayı da 26 minə çatır, amma bu prosesdə hər bir şəxsin iştirakı təmin olunur”.

Ekspert xatırladıb ki, belə bir sistemin qurulması məqsədilə Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalanıb:

“Sərəncamda da qeyd olunur ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkil edilsin. Lakin sərəncamdan xeyli müddət ötməsinə baxmayaraq, bu istiqamətdə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb

Düzdür, Azərbaycanda hələ də publik hüquqi şəxslərin idarə olunması ilə bağlı təkmil hüquqi baza və vahid praktika yoxdur. İndiyə qədər yaranan publik hüquqi şəxslərin təcrübəsi göstərir ki, onların timsalında idarəetmə orqanlarının təşkili, iyerarxiyası, səlahiyyətləri və say tərkibinə münasibətdə fərqlər və ziddiyyətlər vardır, amma buna baxmayaraq, hesab edirəm ki, maliyyə muxtariyyətinə malik olan ali təhsil müəssisələrində idarəetmə funksiyalarında ciddi dəyişikliklər edilməlidir.

Universitetlər idarəetmə, akademik baxımdan müstəqilləşməli, onların fəaliyyətində şəffaflıq və hesabatlılıq artırılmalıdır. Əks təqdirdə nə Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə yer ala, nə də BDU sindromundan sığortalana biləcək”.

Xatırladaq ki, 15 noyabr tarixində Prezident sərəncamı ilə Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti