Millət vəkili Qənirə Paşayeva Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının Asiya-Sakit okean Regional Konfransında iştirak edib.

 

Axar.az xəbər verir ki, konfransa dünyanın 40-dan artıq ölkəsindən yüzlərlə fəal qadın qatılıb.

Konfransda qadınların ictimai-siyasi həyatda, dövlət və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparılıb.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş qadınları Pərvanə Mustafayeva Aynur Ağasiyeva və Ramilə Şirinova iştirak ediblər.

Q.Paşayeva və nümayəndə heyətinin üzvləri konfrans çərçivəsində Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyanın Avropa regional koordinatoru Pinella Bombacci, Afrika regional koordinatoru Abla Mahdi, həmçinin Federasiyanın maliyyə məsələləri üzrə təmsilçisi Cüzeppina Sedita və bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşüblər.

Q.Paşayeva müzakirələr zamanı təkliflərlə çıxış edib və onlara Azərbaycan və Dağlıq Qarabağ problemi ilə bağlı geniş məlumat verib. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti