Bakı Nəqliyyat Agentliyinə məxsus 170 nömrəli xətt üzrə hərəkət edən marşrut sürücüsü içi sərnişin dolu avtobusu yanacaqdoldurma məntəqəsinə salıb.

 

Axar.az-ın məlumatına görə, hadisəni əks etdirən fotonu sosial şəbəkədə paylaşan istifadəçi bildirib ki, bununla bağlı sərnişinlər sürücüyə iradlarını bildiriblər. Sürücü isə cavabında bildirib ki, bizə olar.

Məsələ ilə bağlı açıqlama verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sərnişinlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır və bu, inzibati xəta sayılır. Ancaq M.Ağayev həm də təklif edib ki, gərək avtobusa bu xidməti göstərən yanacaqdoldurma məntəqəsi də cərimələnsin:

“Bu məsələ bizi də ciddi narahat edir. Yanacaqdoldurma məntəqəsinə sərnişinlə dolu avtobusun daxil olması qadağandır və bu kimi hala yol verilməsi inzibati xəta sayılır. Sərnişin avtobuslarına qoyulan tələblərə əsasən, xəttə çıxmazdan əvvəl və ya qaraja qayıdanda yanacaq vurulmalıdır. Biz hər belə hal olduqda öz səlahiyyətlərimiz çərçivəsində addım atırıq.

Lakin bildiyiniz kimi, bu kimi inzibati xətaya yol verən sürücülərin cərimələnməsi müvafiq qurum tərəfindən həyata keçirilir. Biz əgər bu kimi halların olmasını istəmiriksə, o halda cəmiyyət olaraq hamılıqla buna etiraz etməliyik. Eyni zamanda bu məsələdə müsbət nəticə o halda əldə ediləcək ki, yanacaqdoldurma məntəqəsi də cərimə edilsin”.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti