Bu gün "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin (AZİNNEX) 1 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

 

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, ASAN Xidmət fəaliyyətində ən yeni texnologiyaları tətbiq edir:

"Bunun nəticəsidir ki, "ASAN xidmət" həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qısa bir müddətdə böyük uğur qazandı. 2015-ci ildə "ASAN xidmət" BMT tərəfindən mükafat layiq görülüb. Bundan sonra BMT təşkilata üzv olan ölkələrə dövlət xidmətinin çatdırılmasında "ASAN xidmət" modelinin tətbiqini tövsiyə edib. Bu modellə bir sıra dövlətlər maraqlanmağa başladı. Hazırda 10 dövlətdə bunun tətbiqi ilə bağlı işlər aparılır".

Daha sonra tədbirdə çıxış edən Dövlət Gömrük komitəsinin sədr müavini İqbal Babayev öz potensialımıza görə dünya bazarında intelektual məhsullarımızın çox az olduğunu bildirib:

"İT intelekt məhsulu olduğu üçün ixracda rüsum tətbiq olunmur. Bu, çox sevindirici haldır. Lakin dünya bazarında intelektual məhsullarımız demək olar ki, yox səviyyəsindədir.

Problem ondan ibarət ki, biznes prosesi ölkəmizdə yeni- yeni formalaşıb. Bütün texnologiyalar həm Sovetlər Birliyindən, həm də Avropadan ixrac olunub. İndi biz prosesi tam mükəmməl tətbiq edəndən sonra İT platformaya keçmək istəyirik. Amma biznes prosesin özündə də hüquqi problemlərimiz var. Birinci odur ki, dünya bazarında hər məhsulua düşən xərclər və onun resursları günü-gündən artır. Bu da bazarın qloballaşması və eyni zamanda resuslara düşən xərcin artması, ümumiyyətlə milli məhsulun dünya bazarında rəqabətliliyini zəiflədir. Ona görə milli məhsulun dünya bazarında yüksək reytinqə mənsub olması üçün əsas konsepsiya satmalıyıq. Yerli İT bazarında çox məhsullarımız varki, çox yüksək reytinqə malikdir.

Gömrük olaraq həmişə İT sahəsini dəstəkləmişik. Hər hansı bir problemləri olarsa, dərhal həll edirik. Çünki artıq İT məhsulumuzu dünya bazarına çıxarmağın vaxtıdır".

Tədbirin sonunda Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, ADA Universiteti və AMCHAM Azərbaycan arasında Anlaşma Memorandumları imzalanıb. Sonda Konsorsium tərəfdaşları mükafatlandırılıblar və üzvlərə sertifikatlar təqdim olunub.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti