|
Masazırda elektrik enerjisinin verilişində fasilələr olacaq.
Azərişıq ASC-dən Axar.az-a verilən məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisinə daxil olan Masazır qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədar 23-24 noyabr 2018-ci il tarixlərində günün müəyyən saatlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə Azərişıq ASC istehlakçılardan üzr istəyir.