12:20

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin 3-cü kurs tələbəsi Ayza Məmmədovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

 

Bu barədə Axar.az-a danışan BDU-nun mətbuat katibi Pərvanə İbrahimova faktı təsdiqləyib.

“Ayza Şahin qızı Məmmədova Rusiya vətəndaşıdır. Aldığımız məlumata görə, tələbə iki gündür dərslərdə iştirak etmir”, - P.İbrahimova deyib.

Qeyd edək ki, Open.az-ın məlumatına görə, Bakı şəhər sakini, 1985-cü il təvəllüdlü Gülmira Əbilova Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edərək, onunla eyni ünvanda müvəqqəti yaşayan, dayısı qızı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovanın itkin düşdüyünü, noyabrın 22-də saat 08:00 radələrində BDU-ya getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin itkin düşən tələbəsi Ayza Məmmədova tapılıb.

Bu barədə onun bibisi məlumat verib.

Onun sözlərinə görə, Ayza Rusiyada yaşayan anasının yanına yollanıb:

"Atasının onun getməsindən və bilet üçün 500 AZN tapmasından xəbəri olmayıb. Güman edirik ki, Ayzanın biletinin pulunu anası təşkil edib. Narahat olmayın. Sağ-salamatdır".

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti