İstirahət günləri üçün hava proqnozu açıqlanıb.

 

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 0-5 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 8-11, dağlıq rayonlarda 4-7 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 24-də gündüz, 25-də əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki,hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim şimal-qərb küləyi 25-də arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti